Uşaq 4 qol və 4 ayaqla doğuldu






Çində bir körpə artıqdan bir cüt qol və artıqdan bir cüt qıçla dünyaya gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, sanki başı olmayan yapışıq bir əkizi xatırladan yazıq körpənin bu ankı sağlamlıq vəziyyəti isə yaxşıdır.

Həkimləri belə heyrətə salan körpə doğulduğunda yapışıq bir əkiz kimi idi. Ancaq yapışıq əkizlərdən onu ayıran bir xüsusiyyət daha vardı, o da körpənin yalnız bir başının olmasıdır.

13 günlük çinli körpə həkimlərin müvəffəqiyyətli əməliyyatının ardından çox qol və qıçlardan qurtarılıb. Bu anda sağlamlıq vəziyyəti yaxşı olan körpə xəstəxanada nəzarət altında saxlanılır. Körpənin anası ilə atası ondakı bu problemin səbəbini anlaya bilmək üçün bir çox xəstəxanaya getsə də, heç bir mütəxəssis hələ körpənin niyə çox qol və qıçlarla doğulduğunu açıqlaya bilmir.

Dünyada çox az rast gəlinən bu qəribə vəziyyət ən son iki il əvvəl Pakistanda yaşanıb.