ATƏT Parlament Assambleyası prezidentinin Azərbaycana səfəri başladı






ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA-nın xəbərinə görə, nümayəndə heyətini Heydər Əliyev Hava Limanında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər aprelin 17-dək davam edəcək.
ATƏT PA prezidentinin MM sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.
Səfər çərçivəsində Azərbaycan MM-lə ATƏT PA arasında Assambleyanın Bakıda olacaq 23-cü illik sessiyasının keçirilməsinə dair saziş də imzalanacaq.