Şəmkirdə qanlı hadisə: 43 yaşlı qadını baltaladılar





Bu gün səhər saat 11:30 radələrində Şəmkir rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, rayon sakini 45 yaşlı Müşfiq Əmirov ailə münasibətlərinin pozulması zəminində qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Həsənovaya balta ilə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirib.
Yaralı ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Sevil Həsənovanın vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.
Cinayəti törədən Müşfiq Həsənov polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.