Təbrizdə ilk dəfə metro açılır




Təbriz şəhəri metro açılışına hazırlaşır.
Bakuinfo.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, İranın Təbriz şəhərində metro açılışına hazırlıq gedir.
Şəkildə gördüyünüz vaqon Təbriz metrosunun gələcək qatarına qoşulacaq.
Hazırda isə vaqon əhaliyə nümayiş etdirilir.
Məlumat üçün deyək ki, Təbrizin metro proyekti 2005-ci ildən başlayıb və hal-hazırda metro tikintisinin tamamlanma işləri gedir. Layihəyə görə, metro xətlərinin uzunluğu 75 km məsafəni əhatə edəcək.
Metronun ilk stansiyası Təbrizin məşhur "Şah gölü" adlanan tarixi məkanında, son stansiya isə şəhərin digər tərəfində - "Laleh" rayonunda olacaq.