4 bankın bağlanması elə də əhəmiyyətli deyil
19:20 25.07.2016
Arxiv
562
“Adətən banklar eyni holdinqlərə məxsus olduğundan çox da fərqlənmirlər”
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Məlumata görə, palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib. Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib. Bankların bağlanma səbəbini şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli qeyd edib ki, ölkədə bankların çox olması rəqabət mühitinin yaranması baxımından çox yaxşı hal idi: "Əhali üçün bankların sayının çox olması seçim imkanını artırır. Banklar biri-biri ilə rəqabətə girdikdə, daha ucuz resurs verə bilir, yaxud da daha yaxşı xidmət göstərməyə çalışır. Ancaq Azərbaycan kimi iqtisadiyyatı monopoliyada olan ölkələrdə bankların çox və az olmağının elə də əhəmiyyəti yoxdur. Adətən banklar eyni holdinqlərə məxsus olduğundan onların pul kredit siyasəti, resurs cəlbi və depozitlərə verdiyi faizlər də aşağı-yuxarı üst-üstə düşür. Çox da fərqlənmirlər”.
Ekspert diqqətə çatdırıb ki, hazırda insanları narahat edən həmin banklara qoyulan vəsaitlərin geri qaytarılmasıdır: "Əmanətlərin sığortalanması haqqında qurum var. Onlar mütəmadi olaraq məlumat verirlər ki, guya banklarda vəsaitlərin 95 faizi sığortalanıb. Amma sonradan verilən kompensasiyalar onu göstərir ki, bu heç də deyilən kimi deyilmiş. Ümid edək ki, əhalinin pulu geri qaytarılacaq. Amma mən bununla bağlı çox da optimist düşünə bilmirəm”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm