400-ə yaxın obyektdə pozuntular aşkar edildi
10:32 16.07.2021
Arxiv
742
Şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) müəyyən edilən qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri gündəlik monitorinqlər keçirilir.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, monitorinq qrupları bu günədək şənlik mərasimlərinin keçirildiyi 400-ə yaxın obyektdə qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb.
İyulun 16-də keçirilən monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib.
Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID 19 pasportunun olmaması və s. ilə bağlıdır. Bəzi hallarda isə şənlik mərasimləri haqqında zəruri məlumatların (toyun vaxtı, xidmət personalının və toyda iştirak edənlərin sayı) icaze.e-gov.az portalına düzgün daxil edilməməsi halları da qeydə alınıb.
Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıblar və nöqsanlar yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.
Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparılmalı, zalların ölçüsünə, qonaq tutumuna diqqət yetirməlidirlər.
Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün məclis iştirakçılarının müvafiq sənədlərə malik olması əvvəlcədən dəqiqləşdirilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial