“Mən erməni deyiləm”

Natəvan Həbibi Laçının işğal gününə düşdüyünə görə konsertini təxirə saldı




Natəvanın Laçının işğalı günü konsert verməsi mətbuatda, ictimaiyyət arasında birmənalı qarşılanmadı. Müğənni ictimai qınağa tuş gəldi. Bundan nəticə çıxaran müğənni sonda konsertinin vaxtını dəyişdi.

Natəvan Laçının işğal gününə düşən konsert proqramını təxirə salması ilə bağlı bunları söylədi: "Mən bu addımı kimdənsə qorxduğuma görə atmamışam. Sadəcə, anlaşılmazlıq olub, bilməmişəm. Bu, hamının başına gələ bilər. Sanki dünyanı dağıtmışdım, hamı məni qınadı. Sarayın rəhbərliyi bu mövzuda mənim tərəfimdə idi. Mənə dedilər ki, Laçının işğal günü may ayının on səkkizidir. Bunu bir çoxları eşitsə də, bəyanat veriləndə yenə söz-söhbətlərə son qoymadılar. Məcbur qalıb konserti təxirə saldım. Haqqımda deyilənlər də böhtandır, mən azərbaycanlıyam! Belə qərara gəldik ki, konserti may ayının iyirmi dördünə keçirək”. Xatırladaq ki, müğənni mayın 17-də "Dinlə” adlı konsert proqramı ilə Heydər Əliyev adına Respublika Sarayında çıxış edəcəkdi. Amma Laçının işğal tarixinin konsertlə eyni vaxta düşməsi səbəbindən ciddi tənqid olundu, hətta ona "erməni qanlı” deyənlər də tapıldı. Bu səbəbdən N.Həbibi tədbiri təxirə salmağa məcbur oldu.

Tahirə