Xoşqədəm Hidayətqızı Suriyadan bir cümləlik məktub göndərdi






Suriyada vurulduğu barədə məlumat yayılan Xoşqədəm Hidayətqızıdan xəbər var.
X. Hidayətqızının baş redaktoru olduğu qəzetin əməkdaşlarına telefonla SMS göndərib. "Üç nöqtə" qəzetinin redaktoru Elməddin Muradlı Movqe.az-a bildirib ki, mesajda Xoşqədəm Hidayətqızı bircə kəlmə problem yoxdur narahat olmayın sözlərini yazıb. E. Muradlı X. Hidayətqızının yaralanıb-yaralanmadığı barədə bir kəlmə belə deməyib.
Xatırladaq ki, bu gün yerli mətbuatda Xoşqədəm Hidayətqızı Suriyada vurulması barədə məlumat yayılıb. Jurnalistə yaxın mənbə də bu faktı təsdiqləyib.