“İntiqam alacağam”

Sevgilisi olmadı deyə 6 nəfəri öldürdü


ABŞ-ın Kaliforniya ştatında Santa Barbara Universitetinin tələbəsi 22 yaşlı Elliot Rodger, "İntiqam alacağam” deyərək 6 nəfəri öldürüb, 7 nəfəri isə yaralayıb.
Rodger cinayət öncəsi çəkdiyi videoda qızların onu rədd etdiyini və bunun üçün də insanlardan intiqam alacağını bildirib: "Həyatım boyunca mənə acı çəkdirdiniz. İndi də mən sizə acı çəkdirəcəyəm. İntiqam alacağam. Bunun üçün çox uzun zaman gözlədim. Məni rədd edən, alçaldan, pis hesab edən qızlar, məndən daha yaxşı bir həyat sürən, seksual olaraq aktiv olan kişilər, hamınıza nifrət edirəm.” Rodger yaşadığı ərazidə 3 nəfəri bıçaqladıqdan sonra sakinlərə atəş açmağa başlayıb. Polislə qarşıdurmaya girən Rodger öldürülüb. E.Rodger rejissor köməkçisi Peter Rodgerin oğludur.