8 nəfəri ilan vurub

Təcili yardıma müraciət edənlər xəstəxanaya yerləşdiriliblər



Azərbaycanda son bir ayda 8 ilanvurma hadisəsi qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, ilanvurma ilə bağlı təcili tibbi yardıma müraciət edən şəxlərin hamısı xəstəxanaya yerləşdirilib. Bu müraciətlərdən heç birində ölüm faktı qeydə alınmayıb.
Eyni zamanda ölkə üzrə həşərat sancması ilə bağlı təcili tibbi yardıma son bir ayda 10 müraciət edilib. Zərərçəkənlərdən 4-ü xəstəxanaya çatdırılıb, 6 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.