POLİS JURNALİSTİ HƏDƏLƏYNİ HƏBS ETDİ





Xəbər verdiyimiz kimi dünən Avropa.info xəbər saytının direktoru Ruslan Bəşirlini təhdid edən özünü "Hizbullah qalibun" adlandıran Xaçmaz rayon sakini Namiq Həşimzadə polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı Avropa.info-ya açıqlama verən daxili işlər nazirliyinin mətbaut katibliyinin şöbə rəisi Orxan Mansurzadə məsələnin araşdırıldığını bildirib: "Ruslan Bəşirlini təhdid edən şəxs saxlanılıb, hazırda onun dindirilməsi və hadisənin səbəbi araşdırılır. Apardığımız araşdırmadan sonra baş vermiş hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Avropa.info-nun direktoru Ruslan Bəşirli mayın 15-də saytın yazdığı "Hizbullah Azərbaycanda təşkilatlanır-Hizbullah qalibun" yazısından sonra Namiq Həşimzadə və onun tərəfdarları tərəfindən təhqirlərə, hədələrə məruz qalıb.