Üç maşın toqquşub, xeyli yaralı var



 

 Bakıda dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Merdeces” markalı, 10 LJ 821 dövlət nömrə nişanlı, "Opel” markalı, 99 BF 556 dövlət nömrə nişanlı və dövlət nömrə nişanı məlum olmayan daha bir "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.