Rusiya, Belarus və Qazaxıstan yeni ittifaq yaratdı





Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi İttifaqı haqqında saziş imzalayıblar.

APA-nın məlumatına görə, saziş 2015-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
Sənədi Qazaxıstanda Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev imzalayıblar.
Sazişə əsasən, sözügedən ölkələr malların, xidmətlərin, habelə kapital və işçi qüvvəsinin sərbəst hərəkətinə dair üzərinə öhdəlik götürürlər.