Ukrayna vertolyotu vurulub





Rusiyapərəst silahlılar Ukraynanın şərqində yerləşən Slovyansk şəhəri yaxınlığında hərbi vertolyotu vurub.
Məlumatlarda deyilir ki, hava gəmisi əsgərləri hərbi bazaya düşürdükdən sonra vurulub.
Son həftələrdə Slovyanskda separatçılarla hökümət qüvvələri arasında şiddətli döyüşlər gedir.
Yenicə prezident seçilmiş Petro Poroshenko açıqlayıb ki, o, Ukraynanın şərqindəki üsyançılara, onun təbirincə - "quldurlara" və "qatillərə" qarşı mübarizə aparacaq.