Gözdən əlil 9-cu mərtəbədən yıxıldı






Bakıda 1954-cü il təvəllüdlü kişi 9 mərtəbədən yıxılaraq ölüb.
Yasamal Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə hadisə dünən gecə saat 21:34 radələrində Yasamal rayon, Xiyabani küçəsində baş verib. İlkin ehtimala görə, Sərvan adlı yaşlı kişi yaşadığı evin eyvanından ayağı sürüşərək aşağıya düşüb. Qeyd edək ki, mərhum 15 ildir, gözdən əlilimiş.