Bakıda böyrək "satan" yeniyetmələr tutuldu

Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını deyiblər

 



"Qara Qarayev” metrostansiyasının çıxışında böyrək satışı ilə bağlı elanları yayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 17 yaşlı M.İ və 19 yaşlı E.E saxlanılıb.
Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.
Həmin şəxslər əməllərindən peşman olduqlarını deyərək, etdikləri hərəkətlərə görə üzr istəyiblər.

Qeyd edək ki, bir müddət əvvəl böyrək satışı ilə bağlı elanlar mediada və sosial şəbəkələrdə yayılmışdı.