“Tarixin öyrənilməsi yalnız elmi əsərlərin yazılması demək deyil “
5 milyon ilk addım deyil, son da olmayacaq
21:56 24.10.2017
Arxiv
1426
“Həm də Cümhuriyyət məfhumunun kütləvi olaraq cəmiyyətə tanıdılmasıdır”
“Tarixin öyrənilməsi yalnız elmi əsərlərin yazılması demək deyil “
“Tarixin öyrənilməsi yalnız elmi əsərlərin yazılması demək deyil “
"Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi üçün ayrılan 5 milyon manat kifayət qədər böyük vəsaitdir. Çox güman ki, əlavə vəsaitlər də olacaq”. Bunu millət vəkili, akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib.
Yubiley tədbirləri üçün gələn ilin dövlət büdcəsindən ayrılacaq 5 milyon manat məsələsinə münasibət bildirən deputat bildirib ki, nəzərdə tutulan məbləğin miqdarından daha çox mənəvi məsələ ön plandadır: "Azərbaycan dövləti, şəxsən ölkə başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin daha yaxşı öyrənilməsi, geniş təbliği üçün mühüm işlər görülüb. Bilirsiz ki, AXC dövlətçilik təfəkkürümüzdə rəsmi olaraq müstəqil Azərbaycan Respublikasının varisi hesab olunur. Bu varislik münasibətlərini sanballı işlərlə, filmlərlə, teatr əsərləri ilə, musiqilərlə, tarixi abidələrlə, o cümlədən yaddaşı bərpa etmək üçün zəruri olan bütün tədbirlərlə qeyd etmək lazımdır. 100 illik dövr yubiley kimi böyük tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda AXC ilə bağlı olan bir sıra təsisatlarımız, məsələn, nazirliklərimiz, Bakı Dövlət Universiteti, milli ordumuz və s. strukturlar birbaşa Cümhuriyyətin varisi sayılır. Həmin qurumlar tarixi yaddaşı bərpa etmək üçün mənalı işlər görməlidirlər. Bu baxımdan kifayət qədər böyük vəsaitin ayrılması gözəl addımdır. Tarixin öyrənilməsi yalnız elmi əsərlərin yazılması demək deyil, həm də Cümhuriyyət məfhumunun kütləvi olaraq cəmiyyətə tanıdılmasıdır”. Akademik deyib ki, 25 illik müstəqillik dövründə AXC ilə bağlı xeyli iş görülüb: "Ötən illər ərzində Cümhuriyyətin dərindən öyrənilməsi, həmçinin, AXC-nin ictimai-siyasi, mədəni və ideoloji varlığımızda mühüm rol oynadığını cəmiyyətə təbliğ etmək üçün xeyli maddi vəsait sərf olunub. Bu mənada 5 milyon məsələsi ilk addım deyil və təbii ki, son da olmayacaq”.
N.Cəfərov həmkarı Qənirə Paşayevanın ötən gün parlamentdə AXC qurucularının məzarları ilə bağlı səsləndirdiyi təklifə də münasibət bildirib:
"Qənirə xanım məzarların ölkəmizə gətirilməsindən danışmır. Ümumiyyətlə, tanınmış şəxslərin məzarlarının köçürülməsinə dünyada çox az hallarda rast gəlinir. Həm də buna xüsusi ehtiyac yoxdur. Çünki Cümhuriyyət qurucuları yad torpaqda deyillər. Onlar üçün Türkiyə də vətəndir. Rəsulzadə Türkiyəni ikinci vətəni hesab edirdi. Eləcə də digər Cümhuriyyət xadimlərinin məzarlarının gətirilməsinə ehtiyac görülmür.
Qənirə xanım deyir ki, həmin məzarların yanında xüsusi nişanlar, abidələr qoyulmalıdır. Tək məzarlığı ziyarət edənlər yox, bütün cəmiyyət bilməlidir ki, AXC qurucuları necə fəaliyyət göstəriblər, hansı işləri görüblər. Bunlar üçün də güclü təbliğat lazımdır.
Həm Azərbaycanda işləri genişləndirməliyik, həm də qardaş ölkədə olan məzarlar, abidələr bərpa olunmalıdır. Dövlətimizin bu işdə təcrübəsi böyükdür. İndiyə kimi Fransada, elə Türkiyənin özündə bir sıra işlərə imza atılıb”.
Alim vurğulayıb ki, yubileylər hadisələri daha dərindən xatırlamaq üçün bir vasitədir:
"Bəzən yubileylərdə deyirlər ki, belə tədbirlər hər il keçirilməlidir, elə deyil. Hər gün, hər il tarixi xatırlamaq texniki olaraq mümkün deyil. Onsuz da tarix hər zaman içimizdədir. Yubileylər zamanı elə işlər görülməlidir ki, onlar qalıcı olsun”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya