Temperatur 40 dərəcəyə çatacaq



 

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraiti əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub–şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı ehtimal olunur.