Dilqəmin kəndinə ilk səfəri

Kəlbəcər sakini 1998-ci ildə anasının qəbri üstə şəkil çəkdirib


Kəlbəcərdə atasının qəbrini ziyarətə getdiyinə görə işğalçı Ermənistan ordusu tərəfindən tutulmuş Dilqəm Əsgərovun anasının qəbri üzərində şəkli yayılıb.
ANS PRESS-in məlumatına görə, şəkilin 1998-ci ildə çəkildiyi bildirilir.
Fotoda Dilqəmin 1984-cü ildə dünyasını dəyişmiş anası Bağdat Rza qızı Həsənovanın qəbrini ziyarət etdiyi göstərilir.
Bunun Dilqəm Əsgərovun Kəlbəcərə işğaldan sonra ilk səfəri olduğu bildirilir. 1993-cü ildə doğma Şaplar kəndini tərk etmiş Dilqəm bu həsrətə cəmi 5 il dözüb və 1998-ci ildə yenidən kəndlərinə gedərək onu qarış-qarış gəzib.