Beyləqanda dəhşət: ər arvadını kəndirlə boğdu





Beyləqan sakini arvadını öldürüb.
"Sherg.az"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.