Deputatdan proqnoz:"2018-dən 2021-ci ilə qədər iqtisadiyyatda 3-4 faiz artım gözləmək olar"





"Azərbaycan neftinin qiyməti dünya bazarında 75 dollar civarlarındadır. Neft ixracından ölkə büdcəsinə gələn gəlirlərin miqdarı çoxdur. Bunun da Ümum Daxili Məhsulun həcminə təsirləri böyükdür". 

Bunu "Sherg.az"a "Standard & Poor’s" reytinq agentliyinin "Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq" proqnozunu dəyərləndirərkən iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib. 

O qeyd edib ki, Azərbaycan neftinin qiyməti bu trendlə davam edərsə, 2018-dən 2021-ci ilə qədər iqtisadiyyatda 3-4 faiz artım gözləmək mümkündür:

"Azərbaycanın qeyri-neft sektorunda ən yaxşı inkşaf etmiş sahə turizmdir. Son vaxtlar xarici ölkələrdən Azərbaycana turist axını böyükdür. Bu sahədə xidmət və digər sahələr öz həllini tapsa, turizm ölkəmizdə daha yaxşı inkişaf edəcək. Düzdü, qeyri-neft sektorunun digər sahəsi olan kənd təsərrüfatında müəyyən problemlər var, amma bu sahədə də artım müşahidə olunur. 2017-ci ldən kənd təsərrüfatında 30 faizə yaxın artım olub. Yəni qeyri-neft sektorunun inkişafı strateji yol xəritəsində nəzərdə tutulan şəkildə inkişaf edərsə, bu sahədə də inkişafa nail olunacaq. Neftin qiyməti yüksək olarsa, bu artım gerçək ola bilər".


Qeyd edək ki, Standard & Poor’s" reytinq agentliyinin hesabat açıqlayıb. Təşkilatın hesabatında göstərilib ki, Azərbaycan iqtisadiyyatı 3 il ərzində -2018-ci ildən 2021-ci ilə qədər orta hesabla 3 faiz artacaq. "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan "Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub. Bundan başqa hesabatda qeyd edilir ki, növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir".

Kənan Eynuroğlu