"İntiharların səbəbləri araşdırılıb qabaqlayıcı tədbirlər görülməsə, sonda qarşısıalınmaz bir mənzərə yaranacaq”
Bunu "Sherg.az”a bu gün 45-50 yaşlı kişinin özünü "Koroğlu” qovşağındakı asma körpüdən atmaq istəyinə münasibət bildirərkən psixoloq Elnur RüstəmovElnur Rüstəmov söyləyib.
Onun qənaətincə, bur intihar hadisəsi heçdə xoşagəlməyən bir haldır. Ümumiyyətlə son vaxtlar ölkədə belə olayların sayı artıb:
"Bügünkü intihar zamanı baş nazir Novruz Məmmədov həmin ərazidən keçib. Beləliklə də həmin şəxsi qeyri-sağlam fikirindən daşındırıb. Baş nazir tərəfindən atılan bu addım həqiqətən təqdirəlayiqdir. Hadisənin baş verdiyi yerdə həyatına qəsdən son qoymaq istəyən insanlar çox olub. Onların bəzilərinin qarşısı alınsa da, bəziləri həyatını itirib. Ümümuniyyətlə, həmin körpüdə mühafizə sistemi əvvəldən də olub. Amma bəzən körpü nəzarətcilərindən xəbərsiz belə bir olaylarla rastlaşırıq. Artıq insanların itihar üçün həmin körpüyə üz tutması adi hal alıb. Canlarına qəsd etmək istəyən insanların təsəvvürlərində ilk dəfə canlandırdıqları yer məhz oradır. Xarici ölkələrdə belə vəziyyət yaşanır. Bir yerdən özlərini ataraq bir çox insan həyatına son qoyub. İnsanların intihar üçün buranı seçməsinin səbəbi orada yaşanan bədbəxt hadisələrin onların təsəvvürlərində iz buraxmasıdır. Atıq insanlar yaşamaqdan imtina edib, canına qəsd etmək istəyəndə onlar üçün ən ideal məkan məhz həmin körpü olur. Bu, tək intihar olaylarında deyil, digər müstəvilərdə də belədir.
Nəzərə almaq lazımdır ki, insanlar bu körpüdən dəfələrlə intihara cəhd edib. Hər səfərdə də mətbuat orqanları, televizyalarda, kütləvi informasiya vasitələrində buna dair xəbərlər yayımlanıb. Həmin informasiyalar insanların şüuraltına birbaşa təsir göstərir. Hazırkı dövrdə intiharların sayı artıb. Və bunların da müxtəlif səbəbləri var. Həmin səbəblərdən biri də ailədaxili problemlərdir. Ailələrin boşanma sitatistikasına baxsaq görərik ki, rəqəmlər gündən-günə artır. Düşünürəm ki, ailə institutunun mühkəmləndirilməsi istiqamətində müxtəlif addımlar atılmalıdır. Bu sahədə maarifləndirmə işləri üçün müxtəlif tədbirlərin tətbiq olunmasına ehtiyac var. Ailədə problem varsa, onlar bunun qarşısını almaq üçün müraciət edəcəyi yerlər və dəstək almaları üçün qurumlar yaradılmalıdır.
Bugünkü olayı nəzərə almaq lazımdır ki, o kişi boşanmamaq üçün körpünün üstündə idi. Boşanmaq üçün müraciət edən tərəflərin statistikasına baxsaq görərik ki, burada qadınlar sayca çoxluq təşkil edir. Bunun da bir çox səbəbləri var. Ona görə də bu hadisələr araşdırılmalı və buna qarşı müəyyən dədbirlər görülməlidir. Digər tərəfdən də insanların itiharları ilə bağlı çox ciddi işlər aparılmalıdır. İnsanların niyə bu cür addım atması dəqiq öryənilib, preventiv addımlar atılmalıdır”.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - "Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. "Sherg.az" musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb.
Kənan Eynuroğlu