Emin Sabitoğlunun qızı rektor təyin edildi -SƏRƏNCAM




Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Ceyran Mahmudova Emin Sabitoğlunun qızıdır.