Bakıda jurnalisti maşın vurub öldürdü




"Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb. APA-nın məlumatına görə, hadisə Bakının Xətai rayonu ərazisində baş verib. Sarvan Ağayev yolu keçərkən onu maşın vurub. Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, əyləncə mərkəzlərindən birinin qarşısında qeydə alınıb. Hadisəni "Hyundai" markalı avtomobilin sürücüsü 24 yaşlı Teymur Məlikov törədib. Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Sarvan Ağayev əvvəllər "Ədalət” qəzetində çalışıb.