Ata küçədə uşağına əzab verdi, vətəndaşlar da...

 İstanbulun Esenyurt səmtində günorta saatlarında dəhşətli hadisə yaşandı. İddiaya görə, psixoloji problemləri olan Səudiyyə Ərəbistanı vətəndaşı Nidhal Mohammed Tımraz adlı şəxs yolun ortasında uşağını döyməyə başlayıb.
Zərbələrlə kifayətlənməyən adam, daha sonra uşağının başını yol ortasındakı dəmir baryerlərə vurub. Sonra da uşağı bir neçə dəfə kürəyi üstü yerə vuran adama yoldan keçən sürücülər müdaxilə edib.
Uşağı gözləri qızmış adamın əlindən alan vətəndaşlar, onun özünü linç etməyə qalxıb. Bu zaman təsadüfən yoldan keçən bir polis məmuru araya girərək  atanı linç edilməkdən son anda qurtarıb. Nəzarətə alınan ata müalicə üçün Esenyurt dövlət xəstəxanasına aparılıb.
Turan