Berlin: Ukrayna danışıqlarında inkişafa nail olunub





Almaniyanın xarici işlər naziri Qido Vestervelle deyir ki, şərqi Ukrayna böhranı üzrə dördtərəfli danışıqlarda çətinliklə də olsa, inkişafa nail olunub.
Nazir bu sözləri ötən gün Ukrayna, Rusiya və Fransadan olan həmkarları ilə Berlindəki görüşündən sonra deyib.
Müzakirələr humanitar böhranın qarşısını almaq və şərqə atəşkəs gətirmək ətrafında olub.
Son həftələrdə Ukrayna Ordusu şərqi Ukraynada iki əsas rayondan silahlıları qovmaq üçün hərbi əməliyyatları gücləndirib.
Bazar günü Ukrayna Ordusu aylar sonra ilk dəfə Luqanska girdiyini bəyan edib.
Ukrayna Təhlükəsizlik Şurasının sözçüsü Andriy Lysenko deyib ki, polis stansiyası binasının üzərinə qiyamçılar tərəfindən endirilən Ukrayna bayrağı yenidən sancılıb.
Hərbi mənbələr həmçinin, Luqansk şəhəri yaxınlığında Ukrayna təyyarəsinin vurulduğunu, lakin pilotun özünü paraşütlə atdığını da Klikləyin bildirib.(bbc)
Almaniya naziri deyib ki, o və həmkarları danışıqlar barədə liderlərinə məlumat verdikdən sonra bazar ertəsi və ya çərşənbə axşamı müzakirələrin davam etdirilməsi mümkün ola bilər.
"Məqsəd Ukraynaya atəşkəs gətirmək və növbəti qurbanların qarşısını almaqdır", cənab Qido Vestervelle əlavə edib.