“Trabzonspor”un yeni trasferi




"Trabzonspor” klubu yeni mövsüm üçün transferlərini davam etdirir. Lent.az-ın məlumatına görə, klub Türkiyə millisinin və "Verder”in yarımmüdafiəçisi Mehmet Əkinçini öz heyətinə qatıb. "Bordo-mavililər” M. Əkinçi ilə 3 illik müqavilə imzalayıb.
24 yaşlı yarımmüdafiəçi "Bavariya”, "Nünberq”, "Volsfbruq” komandalarının heyətində forma geyinib. 2010-cu ildən bəri isə Türkiyə millisinin üzvüdür.
Qeyd edək ki, bu mövsüm Trabzon təmsilçisi Medjani, Kordoza, Bosinqva kimi futbolçuları heyəti qatıb.