Amerikalı jurnalistin başını ingilis kəsib





Ötən gün amerikalı jurnalist Ceyms Foulinin geniş rezonans doğuran edam videosu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Modern.az xəbər verir ki, İngiltərə mətbuatı edamı gerçəkləşdirən üzübağlı "İŞİD” döyüşçünün ingilis olduğunu iddia edib. İddialara görə, o, videoda ABŞ-a və prezident Barak Obamaya müraciət edərkən ingilis ləhcəsi ilə danışıb. Bu barədə xəbər tutan Britaniyanın baş naziri Devid Kemeron məzuniyyətini dərhal yarımçıq qoyaraq ölkəsinə geri dönüb. Ağ Ev və Dövlət Departamenti isə yayılan videonun doğruluğunu artıq təsdiqləyib.
Qeyd edək ki, 2012-ci ildə Suriyada qaçırılan Fouli uzun illər Yaxın Şərq regionu ilə bağlı Qərb telekanallarına reportajlar hazırlayıb.