6 il də ötdü: Generalın qatili hələ tapılmayıb
20:16 11.02.2015
Arxiv
901
Rail Rzayevin qətli araşdırılarkən ilk növbədə ölkədə onunla münaqişədə olan şəxslərin üzərində dayanmaq lazımdır
Dünən Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 6-cı ili tamam olub. 1993-2009-cu illərdə komandan olan general-leytenant R.Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb.
Cinayətin üzərindən 6 il keçməsinə baxmayaraq generalın qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur.
İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist- ekspert İlqar Altayın sözlərinə görə, Rail Rzayev sadə bir vətəndaş olmadığı üçün hüquq-mühafizə orqanları onun qatilinin tapılması ilə bağlı araşdırmaları sürətləndirməlidir: "Faktiki olaraq, həmin gün ölkənin müdafiə və təhlükəsizliyinə cavabdehlik daşıyan əsas şəxslərdən biri məqsədyönlü şəkildə qətlə yetirilib. Bu mənada generalın qətlinin təsadüfi baş verdiyini düşünmürəm. Faktiki olaraq, bu, düşünülmüş və planlaşdırılmış böyük bir qətl hadisəsidir. Çox güman ki, bu cinayət mütəşəkkil qrup tərəfindən həyata keçirilib. Rail Rzayevin qətlini əsasən 2 yerə ayırmaq olar. Birinci versiyalarda bu qətl daxili, ikincidə isə xarici amillərlə izah edilə bilər.
Mümkündür ki, generalın qətlini daxili düşmənləri qisas məqsədi ilə həyata keçirmiş olsun. İstintaqla bağlı ictimaiyyətə səbəblər bəlli olmadığı üçün konkret faktlara söykənmək qeyri-mümkündür. Dediyim kimi, bu qətli Rail Rzayevin ədavətdə olduğu biri də törədə bilər. Odur ki, Rail Rzayevin qətli araşdırılarkən ilk növbədə ölkədə onunla münaqişədə olan şəxslərin üzərində dayanmaq lazımdır. Digər variantda isə cinayəti Azərbaycana təsir etmək istəyən qüvvələr də planlaşdıra bilər. Çünki Rail Rzayev Azərbaycan üçün kifayət qədər böyük simalardan biri və ölkənin təhlükəsizliyinə cavabdehlik daşıyan bir şəxs olub”.
İ.Altayın sözlərinə görə, Azərbaycanın xüsusi xidmət orqanları bu cinayəti araşdırıb ciddi bir nəticəyə gələ bilərlər. Amma generalın qətlinin üstündən 6 il vaxt keçməsinə baxmayaraq müəmma açılmayıb: "Azərbaycanda kriminal rejimə nəzarət heç də pis deyil. Bu istiqamətdə dövlət kifayət qədər ciddi işləyir və bir sıra mühüm qətl hadisələrinin üstünü də açmaq çətin olmur. Amma generalın qətli ilə bağlı aparılan istintaqın bir nəticə verməməsini hüquq-mühafizə orqanlarının işinə bir nöqsan kimi də dəyərləndirmək olar. Hesab edirəm ki, generalın qatilinin tapılması istiqamətində iş gücləndirilməlidir. Azərbaycan generalının kim tərəfindən öldürülməsi bütün ictimaiyyət üçün maraqlıdır. Xüsusən də, hadisə günün günorta çağı, şəhərin mərkəzində baş verdiyi üçün xeyli sayda cavabsız suallar yaranır. Bütün bu narahatlıqlara son qoymaq üçün də Rail Rzayevin qətli ilə bağlı açılan cinayət işinin üzərində ciddi işləmək lazımdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya