6 yaşlı balaca daşlaşır

Çarəsiz qalan ata-ana isə imdad diləyir
Nar Kumari yeni doğulmuş oğulunu ilk dəfə qucağına alanda digər körpələrdən heç bir fərqi yox idi.
Ana Kumari xəstəxanadan evə gəldikdən 15 gün sonra, oğulu Rameşin dərisi soyulmağa və yerində qalın qara bir dəri təbəqəsi yaranmağa başlayır. Balaca Rameş o gündən bəri yavaşca və çox sancılı bir şəkildə öz dərisinin içində dözülməz ağrılar çəkir. Rameş nadir görünən dəri xəstəliyindən dolayı yavaş- yavaş daşdan bir heykələ çevrilir. Narahatlıq kiçik uşağın hərəkətinə və hətta danışmasına mane olur. Rameşin dərisinin qabıq görünüşü digər uşaqları dəhşətə saldığı üçün, kiçik uşaq yaşıdlarından uzaq qalaraq, 11 yaşına qədər heç kimlə yoldaşlıq edə bilmədən həyatına davam edir. Uzun müddət heç müalicə ümidi olmadığını düşünən ana Nar və ata Nanda, çarəsizcə oğullarının zaman içində tədricən daşa çevrilməsini izləyir.
"MailOnline”ə danışan ata Nanda: "Oğulumun dərisi doğulduqdan 15 gün sonra soyulmağa başladı. Yerinə gələn yeni dəri təbəqəsi çox sərt bir şəkil aldı. Zaman keçdikcə daha da sərtləşdi və qaraya döndü. Nə edəcəyimiz haqqında heç bir fikirimiz yox idi və kimsə bizə kömək etmədi.” deyə bildirir. Ailənin yaşadığı, Nepalın mərkəzinə uzaq bir bölgə olan Baglungdakı həkimlər, Rameşə özləri də çaşqınlıq içində "göbələk infeksiyası” diaqnozu qoydular və kömək edə bilməyəcəklərini söylədilər. Kiçik uşağın vəziyyəti gün keçdikcə daha pisələşirdi. "Beşinci ad günündə Rameş ağrılar içində qıvrıldığını və hərəkət edə bilmədiyini söylədi.” deyən ata sözlərinə belə davam edir: "O, əslində heç bir zaman bizə də tam olaraq özünü açıqlaya bilmədi. Yalnız acdığında, ya da tualet ehtiyacı olduğunda bizi xəbərdar edə bildi. Otururdu, lakin onun canının necə yandığını, ona necə kömək edə biləcəyimizi bilmirdik. Onu görən bütün kiçik uşaqlar qaçışırdılar. Bu yaşananlar onun və bizim üçün dözülməsi çox çətin bir vəziyyət idi. "Rameş 6 yaşına çatanda narahatlığı onu hərəkət edə bilməz hala gətirdi. Buna görə uşaq məktəbə gedə bilmədi. Ata Nanda (35) və ana Nar (26) oğullarının çox nadir görünən, doğuşdan gələn dəri xəstəliyinə tutulmuş olduğunun və müalicə üçün əllərindən bir şey gəlməyəcəyinin fərqinə vardı. Günəmuzd çalışan və ayda 7.000 Nepal rupisi (185 TL) qazanan ata Nanda, oğulunun ağır müalicə xərclərini qarşılayacaq maliyyə gücə sahib deyildi. Nanda bu vəziyyəti bu sözlərlə dilə gətirir: "Rameşi bölgəmizdə olan bəzi həkimlərə apardıq. Həkimlər bizə müalicənin çox bahalı olacağını və yalnız xüsusi xəstəxanaların lazımlı müalicəni apara biləcəyini söylədilər. Pulumuz yox idi və başqa çarəmiz olmadığı üçün oğulumu evdə tutaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Nəhayyət, "İngiliz qadın müğənni Joss Stonenin təşəbbüsü ilə müxtəlif hədiyyə təşkilatları sayəsində 11 yaşındakı Rameş, Kathmandu Sağlamlıq Universitetində müalicə altına alındı. Həkimlər kiçik uşağın həyatını heç olmasa asanlaşdıracaq və çəkdiyi ağrıları azalda biləcək müalicələr tətbiq olunacağına dair ümidləri olduğunu ifadə edir.