Aeroport yolunda qəza (FOTO)

Ağır tonnajlı yük maşını aşıb




 Bakıda ağır yol qəzası baş verib.
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ağır qəza Zığ dairəsində qeydə alınıb.
Günorta saatlarında Zığ yolunda, aeroport yolunda ağır tonnajlı yük maşını aşıb. Qəza nəticəsində yük maşınında olan daş dağılıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır yaralanıb. Yaşı təxminən 55 olan kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.