Elmar Məmmədyarov kəlbəcərli girovlardan danışdı

"Rusiyada səfərdə olanda mənə söz verdilər ki, bu məsələni diqqət mərkəzində saxlayacaqlar"



 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kəlbəcərdə girov götürülən azərbaycanlılar haqda danışıb.
ANS PRESS-in məlumatına görə, nazirin Azərbaycan tərəfinin girovlara qurulan məhkəmənin qeyri-qanuni olduğunu bir daha bildirib. O, Azərbaycan tərəfinin girovların tezliklə azad edilməsi üçün əlindən gəldiyini etdiyini deyib.

"Mən Rusiyada səfərdə olanda da girovların məsələsini qaldırmışdım. Orda da mənə söz verdilər ki, bu məsələni diqqət mərkəzində saxlayacaqlar", - deyə Elmar Məmmədyarov bildirib.

Xatırladaq ki, azərbaycanlı girovlar iyulun 2-də Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar doğmalarının məzarlarını ziyarət etmək üçün işğal edilən Kəlbəcərə gediblərmiş.