Atası da çaşdı...

4 yaşlı qız bankomatdan 4 min TL çıxartdı





Ankarada kredit kartından pul çıxartmaq üçün 4 yaşlı qızı ilə bankomata gələn Şamil Özçelik maraqlı olayla qarşılayıb. Hadisə Ankarada baş verib. "Qızım dinc dayanmadığı üçün onu yan tərəfdəki boş bankomatın yanına göndərdim. Qızım həmin an "Ata, pul” deyə qışqırdı. Baxdım, əlində xeyli pul var. Saydım, 4 min TL idi. Yiyəsini axtardım, ancaq heç kəsi görmədim”, - deyə Şamil Özçelik bildirib. Ertəsi gün pulu qaytarmaq üçün banka gələn Şamil Özçelik bankın bu olaya olan mövqeyindən narazı qalıb: "Məni çox sorğu-suala çəkdilər. Düşünürdüm ki, mənə "Buyurun, çayımızı için, lazımlı əməliyyatları edək” deyəcəklər, amma məni tez qəbul etmədilər. Xeyli gözləməli oldum”. Bankın etdiyi araşdırma nəticəsində məlum olub ki, pulu bir müştəri unudub. O, əməliyyat etdikdən sonra pulun çıxmasını gözləmədən ərazini tərk edib.