İŞİD burda qurulub

Bağdadi də beş il bu həbsxanada yatıb





Bütün dünyanın başına bəla olan IŞİD terror təşkilatının quruluş yerinin, ABŞ-ın Küveytdə qurduğu Bucca həbsxanası olduğu iddiası irəli sürüldü. Xarici mətbuatda gündəmə gələn iddiaya görə IŞİD-in 9 ən yüksək səviyyəli komandiri burada tanış olub.

"Vaşinqton Post” qəzeti, İraq döyüşləri zamanı həbs olunanların yerləşdirildiyi Bucca düşərgəsi adlı həbsxanada yatan doqquz adamın, həbsdən çıxdıqdan sonra ən yüksək səviyyəli IŞİD komandirləri olduğunu açıqladı. "Vaşinqton Post” qəzeti, Küveyt sərhədində olan Bucca həbsxanasının IŞİD-in "şəkilləndiyi” yer olduğuna dair bir xəbərə yer verib. İngilis "Independent” qəzetinin "Bucca düşərgəsi: IŞİD-in doğum yeri halına gələn ABŞ həbsxanası” başlığıyla dərc etdiyi xəbərdə, İraq döyüşləri zamanı həbs olunan "ən təhlükəli cihadçıların” qaldığı həbsxananın IŞİD-in inkişafında böyük rol oynadığı ifadə edilir. 100 min adamın həbs cəzası çəkdiyi və açıldıqdan aylar sonra bağlanan həbsxanadakıların sərbəst buraxılmasıyla məhbusların ailələrinin "çox sevindiyi” ifadə edilən xəbərdə, polis şefi Saad Abbas Mahmudun narahatlıq keçirdiyi deyilir.

"Vaşinqton Posta” danışan Mahmud, sərbəst buraxılanların yüzdə 90-nın qarşıdurmaya geri dönəcəyini vurğulayaraq, "Bu adamlar bağçaya çiçək əkmirdilər, küçədə gəzişmirdilər. Problem çox böyük və təhlükəlidir. Təəssüf ki, İraq hökuməti və səlahiyyətlilər problemin nə qədər böyüdüyünün fərqində deyil” deyir.

"Məhkumlarin radikallaşmasi üçün bənzərsiz bir mühit”

Qəzet, Bucca düşərgəsinin IŞİD-in yaranmasına təsiri olduğunu ifadə edərkən, özünü xəlifə elan edən IŞİD lideri Əbu Bəkir el-Bağdadinin də aralarında olduğu ən üst səviyyəli IŞİD-çilərin burada tanış ola biləcəyi yazır. Həbsxana səlahiyyətliləri deyir ki, , analitiklər və əsgərlərə görə, Bucca düşərgəsi, məhkumların radikallaşması və əməkdaşlığı baxımından "bənzərsiz bir mühit” yaratmışdı.

Terror təşkilatının içindəki üst səviyyəli 9 adamın əvvəl Bucca düşərgəsində yatdığının qeyd olunan xəbərdə, Bağdadinin beş il düşərgədə qaldığı ifadə edilir.