İlham Əliyevin problemli kreditlərlə bağlı verdiyi qərar, Azərbaycan iqtisadiyyatı tarixinə qızıl hərflərlə yazıldı

"Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı Sərəncamı çox mütərəqqi qərardır”. 
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.
Gənc politoloq bildirib ki, bu Sərəncam Azərbaycanın iqtisadiyyat tarixinə "qızıl hərflərlə" yazılmış bir qərardır:
 "Cənab Prezident bu məsələni dünyaya örnək göstərərək həll edəcəyimizi demişdi və bir neçə gündən sonra o cür də etdi. Gördüyünüz kimi dövlət büdcədə olan əlavə maliyyəni vətəndaşların problemini həll etmək üçün sərf edəcək. Dünyanın əksər ölkələrində buna bənzər problemlər var. Lakin Azərbaycan rəhbərliyi ilk olaraq belə möhtəşəm addım atdı. Mən bu addımı alqışlayıram. Tam əminliklə deyə bilərik ki, ölkəmizdə yaxın gələcəkdə sosial rifah dövləti qurulacaq. Cənab Prezidentin son dövlər verdiyi qərarların arxasında məhz bu istək dayanır. Bu qərarlar ölkədə dövlət-vətəndaş münasibətlərini daha da möhkəmləndirəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır. Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək.
İsmayıl