Deputatdan təklif: “Vacib xidmət sektorları bazar günü işləsin”




Milli Məclisin bu gün keçirilən toplantısında deputat Fazil Mustafa xidmət sektoru ilə bağlı təklif irəli sürüb.

"Sherg.az”ın məlumatına görə, millət vəkili deyib ki, vacib xidmət sektorları bazar günü fəaliyyət göstərməlidirlər:

"Həftəiçi istirahət günü elan etsinlər, bazar günü işləsinlər. Çünki, elə xidmət sektoru var vətəndaş üçün vacibdir. Amma bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Vətəndaş həftəiçi işlədiyinə görə, işdən çıxa bilmir, boş vaxtı bazar günü tapır. Vətəndaşı düşünərək, bazar günü vacib sektorların işləməsi yaxşı olardı”.

Anar