Siyavuş Novruzov Ombudsmandan xahiş etdi: “Onlar fəaliyyətlərini təhqirə, böhtana...”




Milli Məclisin bu gün keçirilən toplantısında millət vəkili Siyavuş Novruzov qanundan qaçıb, Azərbaycanın hüdudlarından kənarda olan bir qrup insandan danışıb.

"Sherg.az”ın məlumatına görə, deputat deyib ki, onların içində elələri var ki, nə qanuna baxır, nə milli mənəvi dəyərə baxır, nə də ictimaiyyətin fikirlərinə əhəmiyyət verir:

"Onlar fəaliyyətlərini təhqirə, böhtana, dövlət çevrilişinə çağırışa, silahlı basqına yönəldiblər. Ombudsmandan xahiş edirəm ki, öz vasitəsilə həmin ölkələrdəki həmkarlarına müraciət etməklə bu məsələləri onların diqqətinə çatdırsın. Hər hansı ölkənin vətəndaşı Azərbaycanda oturub öz ölkəsinə qarşı bu cür addımlar atırsa, onlar hansı mövqeyi tutar? Prezident İlham Əliyevin hüquqları qanunla qorunduğu kimi Ombudsman tərəfindən də bu məsələlərə diqqət yetirilməlidir”.

Anar