Qüdrət Həsənquliyev: “Xaricdə oturub söyüş söyən şəxslər ləyaqətlərini satıblar”




Milli Məclisin bu gün keçirilən toplantısında deputat Qüdrət Həsənquliyev həmkarı Siyavuş Novruzovun fikirlərinə dəstək verib.

"Sherg.az”ın məlumatına görə, o da bildirib ki, xaricdəki söyüş kampaniyası aparanlarla bağlı Ombudsman Elmira Süleymanova xaricdəki həmkarlarına müraciət etməlidir:

"Heç bir namuslu kişi söyüş söyməz. Bilir ki, həmin söyüşün 10 qat artığı geri qaytarılır. Aydındır ki, bu şəxslər ləyaqətlərini satıb, ona görə də belə işlərlə məşğuldurlar. Hesab edirəm ki, Elmira xanım bu istiqamətdə addımlar atmalıdır, həmkarlarına müraciətlər etməlidir”.

Anar