Deputat: “Ombudsman süni qiymət artımına qarşı addımlar atsın”





Parlamentin bugünkü iclasında deputat Tahir Kərimli qiymət artımından danışaraq, deyib ki, Ombudsman süni qiymət artımının qarşısının alınmasına diqqət göstərməlidir.

"Sherg.az”ın məlumatına görə, millət vəkili deyib ki, cənab Prezident İlham Əliyev ölkədə köklü islahatlar həyata keçirir:

"Əməkhaqqları, əmək pensiyaları, təqaüdlər və.s artırılıb. Amma bununla yanaşı məhsulların qiymətində də artımlar var. Məndə olan məlumata görə, qiymətlər süni şəkildə, işbazlar tərəfindən qaldırılır. Ombudsman bu məsələni diqqətdə saxlamalıdır, süni qiymət artımının qarşısının alınmasında addımlar atılmalıdır”.

Anar