Azərbaycanlı qanuni oğru tutuldu

Rusiyada saxlanılan şəxsin Ded Hasanın qətli ilə bağı olub



Rusiyada azərbaycanlı "qanuni oğru" tutulub. ANS PRESS-in məlumatına görə, Polis Rüfət Gəncinski adı ilə tanınan Ülfət Tağıyevi saxlayıb. O, Lyublinski bazarının sahiblərindən biri olan Əliyev və iş adamı İlqam Əliyevin qətlində şübhəli bilinərək tutulub.

Sorğu sual zamanı tanınmış "qanuni oğru" Ded Hasanın ölümü ilə bağlı da maraqlı bir fakt ortaya çıxıb. Belə ki, saxlanılan şəxsin onun qatili haqqında informsiyaya sahib olduğu bəlli olub.

"Qanuni oğru" Rüfət Gəncinski 2013-cü ilin yanvar ayının 16-da öldürülən Ded Hasanın qatilinin aradan çıxarılması planını şəxsən hazırladığını deyib.

Hüququ mühafizə orqanlarından verilən məlumata görə, Tağıyev Ded hasanın güllələnməsində də iştirak etdiyini deyib. Belə ki, killerin kuratoru olub.