İŞİD-in əvəzində 17 dinc sakini öldürdülər

Kürdlər Türkiyəni ittiham etməyə başladı



 İŞİD terror qruplaşmasının İraqdakı mövqelərinə endirilən hava zərbələri nəticəsində təsadüfən 17 dinc sakin həlak olub.
ANS TV-nin məlumatına görə, keçirilmiş digər hava əməliyyati nəticəsində 15 dinc sakin dünyasını dəyişib. Bu əməliyyatın hansı ölkə tərəfindən keçirildiyi barədə məlumat yoxdur.
İŞİD qruplaşmasının Türkiyənin daxilindən Kobaniyə hücumlar həyata keçirməsi xəbəri isə Türkiyədə əks səda doğurub. Türkiyəli rəsmilər bu məlumatı təkzib edərək, sərhəddin Türkiyə Silahlı Qüvvələri tərəfindən 24 saat ərzində qorunduğunu deyiblər.

Suriya İnsan Haqqları monitorinq qrupunun iddiasına görə isə, Kobaniyə Türkiyə ərazisindən edilən hücum, zirehli maşında olan kamikadzenin Türkiyə sərhəd məntəqəsində özünü partlatması ilə başlayıb. Kürd siyasətçilər də oxşar iddialari səsləndiriblər.