Ərdoğanla Putin arasında görüş üç saatdan çox davam edib






Türkiyə və Rusiyanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən təkbətək görüş üç saatdan çox davam edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüş nəzərdə tutulduğundan əvvəl başlayaraq Moskva vaxtı ilə saat 18:30-də bitib.
Görüşün yekunları barədə dövlət başçıları mətbuata açıqlama verəcəklər. Bu, iki ölkə arasında əməkdaşlığa dair birgə sənədlərin imzalanmasından sonra baş tutacaq.