Baş Prokurorluğun idarə rəisi işdən çıxarıldı

Ruslan Hacıyev prokurorluda qulluqda olmasının yaş həddinə çatdığına görə prokurorluq orqanlarından xaric edilib




Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərilib.
APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ruslan Hacıyev prokurorluda qulluqda olmasının yaş həddinə çatdığına görə prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.