Gələn ilin ikinci yarısında neftin qiyməti bahalaşa bilər

Ona görə dövlət büdcəsinin 1 milyarddan artıq vəsait itirməsi şübhəlidir


Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması neftdən asılı olan bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir edir. Belə olan halda ekspertlər hesab edirlər ki, Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac var.

Çıxış yolu kimi dövlət xərclərinin azaldılması göstərilir. Əks halda, iqtisadçılar 2015-ci ilin dövlət büdcəsinin kəsirinin 1 milyarddan artıq olacağını bildirirlər. Bu da büdcəsi neft gəlirləri əsasında formalaşan ölkəmiz üçün ciddi sosial-iqtisadi problemlərin yaranmasına səbəb ola bilər. Milli Məclisin İqtisadiasiyasət komitəsinin üzvü Vahid Əhmədov bu qədər büdcə kəsiri olacağına inanmır: UDüzdür, gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Amma hər barrel neftin qiymətindən 10 dollarla hesablasaq, cəmi təxminən 250 milyon manat dövlət büdcəsinə təsir edir. Yəni büdcənin 11 faizi neftdən asılıdır. Digər büdcə gəlirləri neft fondundan transfer olunur. 2015-ci ilin birinci yarısında neftin qiyməti aşağı olacaq, ancaq ikinci yarısından etibarən isə neftin qiymətində müəyyən artımlar ola bilər. Lakin hələ büdcənin 1 milyarddan artıq vəsait itirməsi sual doğurur. Çünki gələn ilin əvvəllərində vəziyyətin necə olacağını demək olarF. Qeyd edək ki, hazırda dünya neft birjasında qara qızılın bir barreli 63 dollara satılır. Ümumiyyətlə isə cari ilin son altı ayında neftin qiyməti 45 faiz ucuzlaşıb.