Narazılıq əsassızdır

Ola bilər, “Azərduz” markası adı altında saxta duzlar bazarda satılsın



Son günlər "Azərduz” markalı duzun tərkibinin yodlaşdırılmaması və keyfiyyətsiz olması ilə bağlı mətbuatda xəbər yayılıb. Yayılan xəbərlərdə "Azərsun Holdinq”in istehsal etdiyi "Azərduz”dan əhalinin narazılıq etdiyi bildirilirdi.

Yayılan xəbərlərə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun "Şərq”ə bildirdiyinə görə, "Azərsun Holdinq” tərəfindən Masazır qəsəbəsində dünyanın məşhur duz zavodlarından biri qurulub: "Həmçinin AYB Masazır duz gölünün istismarında böyük rol oynayıb. Burada duz tamamilə ağır və qarışıq metallardan təmizlənir və kifayət qədər normalara uyğun duz yodlaşdırılır. Ola bilər, "Azərduz” markası adı altında saxta duzlar bazarda satılsın. Lakin biz bunu müşahidə etməmişik. Bu baxımdan əhalinin narazılığı haqsızdır”.

Vüqar