Erməni ailəsini buraxdıq, gedib qaramızca danışdı

Ermənistan bu çirkin təbliğat məqsədi ilə azyaşlı uşaqlardan istifadə etməkdən belə çəkinmir



2010-cu ildə qanunsuz olaraq Azərbaycana keçən erməni ailəsi Ermənistana qaytarılıb. Ölkəmizdə yağ-bal içində firəvan həyat sürən nankor erməni ailəsi düşmən ölkəyə ayaq basar- basmaz, həyasızcasına Azərbaycanda "dözülməz təzyiqlərə məruz qaldıqlarını, dəhlizdə yatdıqlarını və onlara yemək verilmədiyini” iddia ediblər.

Xatırladaq ki, erməni ailəsinin başçısı Yegişe Gevorkyan ölkəmizdə olarkən Ermənistanda dözülməz vəziyyət olduğunu və orada təzyiqlərə məruz qaldığını deyirdi. O, erməni rəhbəri Sarkisyanı "cırıq qaloş” adlandırır və ölkə vətəndaşlarının acınacaqlı durumda yaşadıqlarını bəyan edirdi. Dövlətimizə sığınan həmin erməni ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Azərbaycanda çox gözəl, rahat və bolluq içində ömür sürürdülər. Elə beynəlxalq təşkilatlar da ailənin saxlanma şəraitinin humanitar hüquq normalarının üstündə olduğunu hər zaman təsdiq edirdilər. Ancaq hər zaman olduğu kimi ermənilər yenə də öz xislətlərini göstərdilər və uydurduqları yalanlarla Azərbaycanı ittiham etdilər. Erməni ailəsinin nankorluğuna münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan təhvil aldığı erməni ailəsindən məqsədyönlü şəkildə təbliğat vasitəsi kimi istifadə edib: "Ermənistan yenə də hər hansı mənəvi, etik, hüquqi və insani dəyərlərdən kənar şəkildə Azərbaycan tərəfindən onlara təhvil verilmiş Gevorkyan ailəsini əsassız təbliğat vasitəsinə çevirib. Həmin ailə Ermənistanda hökm sürən zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutub və üçüncü ölkəyə keçmək niyyətində olub. Ailənin başçısı Yegişe Gevorkyan kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib”. XİN rəsmisinin sözlərinə görə, Azərbaycanda olduğu müddətdə erməni ailəsi münasib mənzil, qida və lazımi həyat şəraiti ilə təmin edilib: "Gevorkyan ailəsinə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilib. Onların saxlama şəraitindən həmişə razılıq ifadə edilib və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib”.

H.Hacıyev bildirib ki, Ermənistana təhvil verildikdən sonra həmin ailənin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələr nəticəsində məcburi ifadələrə vadar edildikləri açıq şəkildə görünür: "Ən dəhşətlisi budur ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da ermənilərin humanizmdən anlamadıqlarını və onlara qarşı münasibətdə insani münasibətlərin heç bir rol oynamadığını vurğulayıb: "Azərbaycan bu məsələlərə humanizm nöqteyi-nəzərindən yanaşır. Lakin ermənilər elə bir məxluqdur ki, onlara münasibətdə insanlıq, yaxşılıq keçmir. Bir müddət bundan öncə İnciqulyan soyadlı başqa bir əsiri də qaytarmışdıq. O da Ermənistana qayıdandan sonra əleyhimizə fikirlər səsləndirdi və yanlış sözlər söylədi. Bildirdi ki, guya, Həsən Həsənov milli təhlükəsizlik xidmətinin əməkdaşıdır. Guya, Həsənov ona işgəncə verilməsində iştirak edib və s. Erməni xisləti hər kəsə bəllidir. Onlar qədirbilməz və yalançıdır. Ermənilər geri qayıdan girovlardan məharətlə istifadə edirlər. Onlara işgəncə verərək istədikləri sözləri onlardan alırlar. Ona görə də hesab edirəm ki, Azərbaycan bu məsələdə milli maraqlardan çıxış etməlidir. İmkan verməməlidir ki, Azərbaycandan qayıdan ermənilərdən bu şəkildə istifadə edilsin. Gərək erməni ailəsi üçüncü ölkəyə verilərdi”.

İsmayıl