7 ukraynalı hərbçi əsir götürüldü








Donetskdə 7 ukraynalı hərbçi əsir götürülüb. AzNews.az xəbər verir ki, bu haqda məlumatı Donetsk xəbər agentliyi yayıb.
Özünü "Donetsk Xalq Respublikası” elan edən qurum bu gecə 7 ukraynalı hərbçinin separatçılar tərəfindən əsir götürüldüyünü iddia edir.
"Ukrayna hərbi qulluqçuları QAZ-66 avtomobilində bizim ərazimizə daxil oldular. Onlar əsir götürüldülər”, - deyə məlumatda bildirilir.
Ukraynanın Anti-Terror Təşkilatının mətbuat xidmətinin rəhbəri Roman Turoves isə xəbərin həqiqəti əks etdirmədiyini deyib.