72 illik məhəbbət nağılı bitdi- Ər və arvad eyni gündə öldülər - VİDEO





72 il evli olan ər və arvad eyni gündə dünyalarını dəyişiblər

"Sherg.az”ın "sain-et-naturel.com” saytına istinadən xəbərinə görə, insanların bir–birinə olan həqiqi məhəbbət və hörmətinin öləzidiyi bir dönəmdə saf, ülvi eşq nümunələrinə, məhəbbət nağıllarına nadir hallarda rast gəlmək olur.

Belə hallardan biri də 72 il evli olan cütlüyün eyni gündə rəhmətə getməsi olub. Və bu məhəbbət nümunəsi insanların ilham mənbəyi kimi illərlə yaddaşlarda qalacaq.

Qeyd edək ki, Preble Saver 1921-ci ilin 17 oktyabrında dünyaya göz açıb. O, Filadelfiya Univeristetini bitirib. Onun xanımı İsabel Vitney isə həmin ilin 31 oktyabrında anadan olub. Onlar ilk dəfə təsadüfi rastlaşma zamanı tanış olublar. İlk görüşdən bir-birinə vurulublar. 1944-cü ildə İkinci dünya müharibəsi başlananda onlar müharibədə iştirak etməyi qərara alırlar. Preble döyüşdə iştirak etmək üçün Dəniz Qüvvələrinə yazılır. İzabel də həmin Dəniz Qüvvələrində tibb bacısı kimi fəaliyyətə başlayır. Hər ikisi müharibədən sağ çıxır və müharibə qurtardıqdan 5 ay sonra, 1946-cı ilin 15 fevral tarixində ailə qururlar. Onlar məhəbbət, sevgi dolu bir ömür yaşayırlar. Əl-ələ verib, bütün çətinlikləri birgə aradan qaldırırlar.

Müharibədn sonra Preble lobbi fəaliyyəti ilə, daha sonra isə bank fəaliyyəti ilə məşğul olur. Onlar zamanla Vircinya, Florida və Cənubi Karolinada yaşayırlar.  Bu cütlüyün 5 övladı olur. Onların Lori Staver adlı 63 yaşlı oğlu qeyd edib ki, Preble çox güclü, iradəli və mükəmməl şəxsiyyəti olan bir insan idi. İzabel xanım isə çox alicənab və şəfqətli xanım olub: "

1975- ci ildə Peter adlı qardaşımız litseydə futbol yarışı zamanı dünyasını dəyişdi. Əlbəttə, bu hadisə ata və anamı içdən paramparça etdi , amma bu məşum hadisə atamla anamın bir -birinə olan sevgisini daha da gücləndirdi. Onlar razılaşdılar ki, bu ağrı və nisgili də birgə şəkildə, bir- birinə təsəlli verə-verə yoluna qoyacaqlar. Etiraf edim ki, bu ağrını tam unuda bilmirdilər. Amma müəyyən mənada yola davam edə bildilər. Onların bir-birinə olan sevgisi və rəğbəti həyatda gördüyüm bir insanın digərinə olan ən böyük dəstək və məhəbbət təzahürü idi.

Daha sonra yaşa dolduqda onları Norfolkda uzun müddət müalicə almaq üçün bir müalicə müəssisəsinə yerləşdirdik. Onlar eyni müəssisədə lakin müxtəlif otaqlarda yatırdılar. Bu vəziyyət hər ikisi üçün  xüsusən, atam Prebl üçün çox çətin idi.

Ən sevdiyi insandan ayrı qalmaq onun üçün dözülməz və qəbuledilıməz hal idi. Onlar bir birinə olan sevgilərini ifadə etmək üçün başqa bir vasitə tapmışdılar. Atam Preble vəziyyəti ağır da olsa, anam İzabelə baş çəkirdi. Nə vaxt mən onları bir yerdə görürdüm, bir- birinin əlini tutub, bir –birini çox istədiklərini deyirdilər.

96 yaşında atam Preble yenə də anam İzabeli görmək üçün onun otağına gedir. Onun bu istəyi həmin tibbi müəssisənin tibbi personalı səyi nəticəsində baş tutur. Atamla anam 3 saat bir yerdə olurlar. Onlar həmin 3 saatı əl-ələ tutaraq yatıblar.

2017-cı ilin 25 oktyabr tarixində anam İzabel dünyasını dəyişir. Bu barədə atama məlumat verilməsə də, atam bunu hiss edir və anamın ölümündən 14 saat sonra atam da vəfat edir.

Bununla da 72 illik məhəbbət nağılı baş çatır. Amma bu nağıl burada bitmir. Onların məhəbbəti atamla anamı tanıyan hər bir şəxsin yaddaşında dərin bir iz buraxdı. Bu məhəbbət indi də danışılır, bundan sonra da danışılacaq...

Tərcümə etdi: Ayyət Əhməd

Video :