800-ə yaxın şəxs qanunsuz olaraq süni göl yaradıb balıq yetişdirir
07:26 03.11.2018
Arxiv
584
Hazırda Azərbaycanda 800-ə yaxın fiziki və hüquqi şəxs akvakultura fəaliyyəti ilə məşğul olur, lakin dövlət qeydiyyatına alınmadıqları üçün onların fəaliyyətləri qanunsuz sayılır.
Bunu "Sherg.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
M.Axundov bildirib ki, Nazirlər Kabinetinin 2017-ci il iyulun 17-də təsdiqlədiyi "Akvakulturanın həyata keçirilməsi” qaydasına əsasən, ETSN akvakultura fəaliyyətinin göstərildiyi müəssisələrin qeydiyyatını aparmalıdır:
"Akvakultura fəaliyyətini həyata keçirmək üçün nazirliyə 800-ə yaxın fiziki və hüquqi şəxs müraciət edib. Biz o müraciətlərə bildiriş yazaraq cavablandırmışıq ki, onlar müvafiq sənədləri və təsərrüfatlarının bioloji və texnoloji əsaslandırmasını hazırlayaraq nazirliyə təqdim etsinlər. Amma problem budur ki, onlar sənədləşməni etmirlər. Buna görə də biz indi özümüz həmin müəssisələrin koordinatlarını müəyyənləşdirmək və onlarla əlaqə saxlamaq məcburiyyətindəyik”.
M.Axundov qeyd edib ki, artıq nazirliyə müraciət edən 800-ə yaxın fiziki və hüquqi şəxsin müəssisələrinin yerləşdiyi koordinatları müəyyənləşdirməyə başlayıblar:
"Artıq 500-ə yaxın müəssisənin koordinatını əldə etmişik. Biz yalnız çalışağayıq ki, qeydiyyata alınması üçün onlara yardım edək və bu müəssisələrin fəaliyyətini qanuniləşdirməklə ərzaq təhlükəsizliyini təmin edək. Onlar qeyri-leqal fəaliyyət göstərdikdə həm də vergidən də yayınmış olurlar”.
Qeyd edək ki, akvakultura balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət