85 yaşlı kişini evlənmək adı ilə aldadan azərbaycanlı qadın yaxalandı
11:27 27.12.2016
Arxiv
623
Samsunda 85 yaşlı Kazım Üstündağı evlənmə vədiylə aldatmağa çalışan 61 yaşlı Rəbiyə D., jandarmanın diqqəti sayəsində, mənimsədiyi qızıllarla qaçarkən tutuldu.
Tək yaşayan Kazım Üstündağın evlənmək istədiyini öyrənən Azərbaycan vətəndaşlığı olan tibb bacısı Rəbiyə D., Kahramanmaraşdan Samsuna gələrək yaşlı adamın evinə gedib, həyat yoldaşından boşandığını və onunla evlənmək istədiyini söyləyib. Kazım Üstündağı razı saldıqdan sonra evə yerləşib. Bu zaman Tekkeköy qəsəbəsi Böyüklü Jandarma Polis bölməsi qrupları yaşlı adamın yanına evlənmək üçün Rəbiyə D.ın gəldiyini öyrənib, fırıldaqçı ola biləcəyi ehtimalı üzərinə evi zaman - zaman nəzarət etməyə başladı.
Evlilik xəyalı quran Kazım, dünən bir zərgərə gedib 2 ədəd qızıl bilərzik, 2 ədəd qızıl üzük, 1 qızıl sırğa alıb. O, qızıllarla bərabər 500 lirə pulu şübhəliyə verdikdən sonra nigah masasına oturmaq istədiyini söyləyib. Rəbiyə D., isə sənədlərini Malatyada itirdiyini, gedib oradan yenidən çıxartması lazım olduğunu bildirib. Bundan sonra Üstündağ, qızılları saxlamasını istəyib. Şübhəli qadın da qızılları buraxdığını söyləyib, evdən ayrılıb Tekkeköy avtobus dayanacağına gedib. Bu zaman evi nəzarət etməyə gələn jandarma qrupları evdə qadını tapa bilməyib.
Üstündağ, jandarma qruplarına qadının şəxsiyyət vəsiqəsi çıxartmaq üçün Malatyaya gedəcəyini və qızılları evə qoyduğunu söyləyib. Lakin evdən qızıllar çıxmayıb. Polis avtobus dayanacağına gedib Rəbiyə D.ı avtobusda tutub, nəzarətə alıb. Çantasında qızıllarla pul ələ keçirilib. Jandarmanın istintaq zamanı Rəbiyə D.ın evli olduğu, evlənmək məqsədiylə üç ayrı-ayrı fırıldaqçılıq əməli ilə məhkumluğu olduğu ortaya çıxıb.
Jandarmadakı əməliyyatları tamamlanan Rəbiyə D. bu gün ədliyyəyə sövq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə